Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

10 Noyabr 2026 15:11

Azərbaycanın avtomobil yollarında noyabrın 11-də müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.