Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü

10 Noyabr 2026 14:50

Quba rayonunun İkinci Nügədi kəndində dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Rəhim Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib.

Hadisənin başvermə səbəbləri araşdırılır.