İrana hücum üçün hər gün Trampa zəng edir

10 Noyabr 2026 14:13

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur.

Milli.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Netanyahu Trampa mütəmadi zəng edərək İrana qarşı yeni hərbi əməliyyatlara başlanması üçün təzyiq göstərir:

"Bununla belə, Ağ Ev daxilində və xaricində İranla müharibənin davam etdirilməsini istəməyən qüvvələr Netanyahunun bu cəhdlərinin qarşısını almağa çalışırlar. Region ölkələrinin liderləri də Trampı gərginliyi artırmamağa və diplomatiyaya üstünlük verməyə çağırıblar".

Qeyd edək ki, Tramp daha əvvəl İrana qarşı yeni hərbi əməliyyata ehtiyac görmədiyini açıqlamışdı:

"Bu münaqişənin sona çatması istiqamətində irəliləyiş görürük. Düşünürəm ki, çox yaxın zamanda başa çatacaq".

Məlumat üçün bildirək ki, Tramp bu açıqlamanı Vaşinqtonla Tehran arasında vasitəçilik edən Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşündən sonra verib.