İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi

10 Noyabr 2026 10:46

Azərbaycanda işsizlikdən sığorta haqqının yalnız nağdsız formada ödənilməsi nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, bu, "İşsizlikdən sığorta haqqında" qanunda dəyişiklik edilməsi haqqında layihəsində öz əksini tapıb.

Sənədə əsasən, hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, Əmək Məcəlləsinin 175-ci maddəsi nəzərə alınmaqla, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında sığortaçıya ödəniləcək.