Qubada ağır qəza - Ölən və yaralananlar var

10 Noyabr 2026 09:05

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə noyabrın 10-da saat 01:10 radələrində rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

"Lada Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Qəza nəticəsində sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.