Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)

10 Noyabr 2026 10:00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrınıntəqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsertproqramı keçirilib.

Mustafa Mehmandarovun dirijorluğu ilə keçirilən konsertdəteatrın simfonik orkestri, solistləri, xoru və balet truppası çıxışedib.

Musiqi gecəsi Üzeyir Hacıbəylinin "Koroğlu" operasındanuvertüra ilə açılıb. Məhəmməd Şəmmədov Üzeyir Hacıbəylinin "Sevgili canan" əsərini, Səma Həmzəyeva Asəf Zeynallının"Ölkəm" romansını, Xəyal Hüseynov Əlibaba Məmmədovun "Xudayar təsnifi"ni, Xalq artisti Mənsum İbrahimov isə BəhramNəsibovun "Qarabağ" mahnısını ifa edib.

Proqramda Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Cəngi" orkestr və balet truppasının birgə çıxışı ilə təqdim olunub. Cavanşir Quliyevin "Əsgər marşı" teatrın xorunun ifasındasəslənib. Müslüm Maqomayevin "Odlar yurdu" əsərini isə solistMahir Tağızadə xorun müşayiəti ilə ifa edib.

Milli musiqi irsimizin zənginliyini və xalqımızın Zəfər qürurunuəks etdirən konsert proqramı tamaşaçılara unudulmaz anlaryaşadıb, sənətin birləşdirici gücünü bir daha nümayiş etdirib.