Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

10 Noyabr 2026 00:02

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. 

Milli.Az xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömək edə bilər. Bu üsul "qəhvə yuxusu" (coffee nap) adlanır və gün ərzində enerjinin azalması zamanı gümrahlığı bərpa etməyin iki yolunu birləşdirir.

Qəhvə içib yatmaq orqanizmə necə təsir edir?

Bu üsulun əsasında iki maddə dayanır: yuxululuq hissinin yaranmasında iştirak edən adenozin və onun təsirini müvəqqəti zəiflədən kofein.

Qəhvə içildikdə isə kofein beyində adenozin reseptorlarına bağlanaraq həmin maddənin təsirini müvəqqəti bloklayır. Nəticədə insan özünü daha az yorğun və daha gümrah hiss edir.

Qəhvə yuxusunun əsas üstünlüyü isə kofeinin təsirə başlama vaxtı ilə qısa yuxunun üst-üstə düşməsidir. Kofeinin nəzərəçarpan təsiri adətən 15-45 dəqiqə ərzində başlayır.

Bu səbəbdən qəhvə içdikdən dərhal sonra 15-20 dəqiqə yatmaq həm qısa istirahətin, həm də kofeinin təsirindən yararlanmağa imkan verir.

İnsan oyandığı zaman kofein artıq təsir göstərməyə başlayır və gümrahlıq hissi arta bilər./Lent.az