Fidan Hacıyeva Londonda uğurla çıxış edib - Musiqi Zəfər və Dövlət Bayrağı şərəfinə ürəkləri birləşdirib - (Video/Foto)

9 Noyabr 2026 17:32

Londonda Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalıçərçivəsində konsert proqramı böyük uğurla keçirilib. Musiqiaxşamı Azərbaycanın tarixində iki əlamətdar günə - 8 Noyabr - Zəfər Gününə və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsrolunub. Bu barədə Trend-ə festivalın təşkilatçısı və rəhbəri, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva məlumat verib.

Konsert dünyanın ən nüfuzlu musiqi təhsil ocaqlarından biriolan tarixi Kral Musiqi Kollecinin (Royal College of Music) məşhur "Amaryllis Fleming" konsert zalında keçirilib.

Axşama xüsusi təntənə qatan məqamlardan biri konsertproqramının Fidan Hacıyevanın Böyük Britaniya və Azərbaycanhimnlərini ifa etməsi ilə açılması olub. Daha sonra səhnədəFikrət Əmirov, Müslüm Maqomayev, Emin Sabitoğlu, Jorj Bizen və digər bəstəkarların Azərbaycan və dünya musiqisininincilərindən olan əsərləri səsləndirilib.

"Azərbaycan incəsənətini Londonun Kral Musiqi Kolleci kiminüfuzlu bir səhnədə təqdim etmək mənim üçün böyük şərəfdir. Bu konsert bizim üçün xüsusi əhəmiyyət daşıyırdı. Biz onuZəfərimizə, şəhidlərimizin əziz xatirəsinə və üçrənglibayrağımıza həsr etdik. Musiqi sərhəd və dil tanımır - o, insanları birləşdirir, harada yaşamağımızdan asılı olmayaraq, Vətənlə mənəvi bağlarımızı hiss etməyə kömək edir. Bu axşamhəmvətənlərimizin də bizimlə birlikdə olması, qürur, birlik vəAzərbaycana sevgi dolu bu anları bölüşməsi məni çoxsevindirdi", - deyə Fidan Hacıyeva bildirib.

Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsinin dəstəyi ilə keçirilib. Tədbirdə diplomatiknümayəndəliklərin təmsilçiləri, Azərbaycan diasporununnümayəndələri, incəsənət xadimləri və ictimaiyyətnümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Fidan Hacıyevanın III Beynəlxalq Opera FestivalıAzərbaycanın Xalq artistinin 50 illik yubileyinə və 30 illikyaradıcılıq fəaliyyətinə həsr olunub. Azərbaycan tarixində ilk dəfə olaraq bu miqyasda klassik incəsənət festivalı üç ay müddətində - sentyabrın 7-dən dekabrın 7-dək keçirilir. Festival çərçivəsində Bakıda və Azərbaycanın bölgələrində, eləcə dəAvropanın müxtəlif şəhərlərində təxminən 30 musiqi vəmədəniyyət tədbirinin təşkili nəzərdə tutulub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az