Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı

9 Noyabr 2026 13:50

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarətləri alıb. O, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əməli törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.