Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq

9 Noyabr 2026 13:45

Əbu-Dabidə danışıqların Avropa "üçlüyü"nün iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Milli.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, danışıqlarda Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə iştirak edəcəklər.

Qeyd edək ki, Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqlar noyabrın 10-də keçiriləcək.

"Politico" nəşri rəsmilərə istinadən Fransa, Almaniya və Böyük Britaniyadan milli təhlükəsizlik müşavirlərinin Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında iştirak edəcəyini yazıb.