Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)

9 Noyabr 2026 12:19

Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsi hesabında paylaşım edilib.

"Niaqara şəlaləsi 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb", deyə paylaşımda qeyd olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)