Noyabrın 7-də Günəşdə bir sutka ərzində 29 partlayış qeydə alınıb. Bu göstərici XXI əsrdə müşahidə olunan rekordun təkrarlanması deməkdir.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Laboratoriyanın açıqlamasında bildirilir ki, NOAA-nın beynəlxalq kataloquna əsasən, 2000-ci ildən bəri bir gün ərzində 29 Günəş partlayışı yalnız iki dəfə - 2022-ci il mayın 5-də və 2024-cü il dekabrın 10-da qeydə alınıb.
Laboratoriyanın diqqətə çatdırdığı digər maraqlı məqam isə bütün partlayışların hazırda Günəş diskinin mərkəzində yerləşən 4566 nömrəli eyni günəş ləkələri qrupunda baş verməsidir./Oxu.Az