Yaponiyada güclü zəlzələ

9 Noyabr 2026 09:52

Yaponiyada 5,7 maqnitudalı zəlzələ olub.

Ölkənin Milli Meteorologiya İdarəsinin mətbuat xidmətinin məlumatına görə, zəlzələnin episentri Miyaqi prefekturasının şərqində, Sakit okeanda yerləşib. Yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)