Tramp Si Çinpin və Putinlə danışacaq

9 Noyabr 2026 09:43

ABŞ prezidenti Donald Tramp gələn həftə Çinin Şenjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çinli və rusiyalı həmkarları Si Çinpin və Vladimir Putinlə görüşəcəyini düşünür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu ABŞ lideri Floridanın Vest Palm Biç şəhərində jurnalistlərə açıqlaması zamanı deyib.

"Düşünürəm ki, görüşlərdən biri Prezident Putin və Prezident Si ilə olacaq. Və bu, maraqlı keçəcək. Biz bir çox məsələləri, o cümlədən nüvəsizləşdirməni müzakirə edəcəyik. Amma danışacağımız mövzular çoxdur. Biz İrandakı müharibəni bitirməyə çalışırıq və buna nail oluruq. Çünki tək etməli olduğumuz şey oranın nəfəsliyini kəsməkdir və biz bunu edirik", - deyə ABŞ Prezidenti qeyd edib.

Tramp ABŞ-nin İranın quru tədarük marşrutlarının qarşısını almağı hədəfləyən "Dəmir Qapı" (Operation Iron Gate) əməliyyatının qüvvədə olduğunu qeyd edib: "Bu o deməkdir ki, quru yolu ilə heç nə daxil olmur. Bildiyiniz kimi, dəniz blokadası vasitəsilə də su yolu ilə heç nəyin daxil olmasına imkan verilmir".

1989-cu ildə təsis edilmiş APEC-in tərkibinə Avstraliya, Kanada, Yaponiya, Çin, Rusiya və ABŞ da daxil olmaqla 21 ölkə üzvdür. Təşkilatın liderləri hər il bir araya gəlirlər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)