İllərdir mətbəxdə istifadə etdiyimiz ənənəvi sintetik süngərlər həm sağlamlığımıza, həm də təbiətə ciddi təhlükə yaradır.
Milli.Az xəbər verir ki, araşdırmalar göstərir ki, bu süngərlər qısa müddətdə milyardlarla bakteriyanın yuvasına çevrilir, tez-tez dəyişdirildikləri üçün isə təbiətdə əriməyən tonlarla mikroplastik tullantı əmələ gətirirlər.
Buna görə də dünya miqyasında ev xanımları və ekoloqlar plastik süngərləri mətbəxlərindən çıxararaq təbiət dostu alternativlərə üstünlük verirlər. Mətbəx təmizliyində əsas iki təbii alternativ önə çıxır:
İsveç bezi: 70% selüloz (oduncaq unu) və 30% pambıqdan hazırlanır, davamlı və ekoloji təmiz təmizlik vasitəsidir.
Təbii kabak lifi: Qurudulmuş kabak meyvəsindən əldə edilir və qab yumaq üçün ənənəvi süngərləri əvəz edən mükəmməl təbii vasitədir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)