“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp

8 Noyabr 2026 22:12

İranla razılaşma istiqamətində irəliləyiş olarsa, zərbələrin bərpası ehtimalı azdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə CNN-ə müsahibəsində bildirib.

"Bu, onların çox ciddi bir saziş imzalayıb-imzalamayacağından asılıdır. Buna ehtiyac yaranması ehtimalı çox aşağıdır. Çox güman ki, buna ehtiyac olmayacaq. Onlar razılaşma əldə etməkdə çox maraqlıdırlar", - deyə Tramp qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)