Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub.
Milli.Az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.
Əvvəlcə "İmişli" "Sumqayıt"ı qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Günün və turun son matçında isə "Şamaxı" "Sabah"la üz-üzə gəlib. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən "Zəfər turu" elan edilib.
8 noyabr (bazar)
17:30."Sabah" - "Şamaxı" - 2:2
Qol: Karlos Eduardo, 17 (1:0), Oruc Məmmədov, 27 (1:1), Coy Lens Mikels, 49 (2:1), Rəhman Daşdəmirov , 62-avtoqol (2:2)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı, Rəvan Həmzəzadə (VAR), Eyyub İbrahimov (AVAR)
"Sabah Arena"
15:00."İmişli" - "Sumqayıt" - 0:0
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov, Cavid Cəlilov (VAR), Pərvin Talıbov (AVAR)
Yevlax şəhər stadionu
Turun digər nəticələri
"Qarabağ" - "Turan Tovuz" - 0:1
"Neftçi" - "Kəpəz" - 1:0
"Zirə" - "Qəbələ" - 2:1
"Şəfa" - "Araz-Naxçıvan" - 2:2
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)