Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan

8 Noyabr 2026 19:15

Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkə hesabında yazıb.

"15 iyun 2021-ci ildə Şuşada imzaladığımız Bəyannamə ilə müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi, bu gün də, sabah da heç vaxt məqsədlərinə çata bilməyəcəklər.

Uca Allahın izni ilə birliyimiz hər zaman davamlı olacaq", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)