Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib

8 Noyabr 2026 18:04

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1975-ci il təvəllüdlü Namiq Səidovun böyrəklərində problem yaranıb. Həkimlər onun səhhətinin yaxşılaşması üçün mütləq böyrək transplantasiyası məsləhət biliblər.

Buna görə onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü İradə Səidova könüllü olaraq öz böyrəyini ona bağışlayıb.

Cərrahiyyə əməliyyatları uğurla başa çatıb.

Qeyd edək ki, N.Səidov birinci Qarabağ döyüşlərinin iştirakçısı olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)