Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub

8 Noyabr 2026 16:41

Müdafiə naziri Zakir Həsənov koronavirusa (COVID-19) yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi zamanı deyib.

"Zakir Həsənov xəstələndi, Covid oldu", - Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Zakir Həsənova salam söyləməyi tapşırıb, şəfa arzulayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)