Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir.
Milli.Az xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü daha rahat hiss edir. Xüsusilə yaxın insanın göstərdiyi diqqət və qayğı bu təsiri daha da gücləndirə bilər.
Məlumata görə, cəmi 10 dəqiqə davam edən çiyin və kürək masajı gündəlik yorğunluğun aradan qaldırılmasına, əhvalın yüksəlməsinə və stressin 25 faiz azalmasına kömək edə bilər.
Beləliklə, uzun müddətə ehtiyac qalmadan, qısa bir masaj belə insana rahatlıq bəxş edə bilər. Bəzən qayğı və diqqətin özü də insanın gərginliyini azaltmaq üçün kifayət edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)