Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır

8 Noyabr 2026 16:32

Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.

"Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur", - deyən dövlətimizin başçısı bəyan edib ki, Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır.