Azərbaycan bayrağı Brandenburq qapısının önündə dalğalandı

8 Noyabr 2026 16:24

Almaniyanın paytaxtı Berlində, Brandenburq qapısının qarşısında Azərbaycan Dövlət Bayrağı Günü qeyd olunub.

Milli.Az xəbər verir ki, tədbirdə Azərbaycandan olan və Almaniyada fəaliyyət göstərən həkimlər iştirak ediblər.

Qeyd edək ki, həkimlər dünən Qələbə Günü münasibətilə təşkil olunan konqresdə bir araya gəliblər. Bu gün isə onlar 9 Noyabr - Dövlət Bayrağı Gününü qeyd ediblər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)