Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər

11 Noyabr 2026 10:45

Taylandda qeyri-adi hadisə baş verib.

Milli.Az xəbər verir ki, bir qadının illər ərzində topladığı külli miqdarda pul qarışqaların hücumuna məruz qalaraq yararsız hala düşüb.

Məlumata görə, gənc qadın təxminən 50 min manat dəyərində olan pullarını təhlükəsiz saxlamaq üçün seyfə yerləşdirib. Lakin gözlənilməz hadisə nəticəsində qarışqalar seyfin içərisinə daxil olaraq pulları zədələyib və məhv ediblər.

İllərlə zəhmət çəkərək topladığı pulunu itirən qadının yaşadığı hadisə sosial şəbəkələrdə maraq doğurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)