Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli Azərbaycan şairəsi və ictimai xadimi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın (1832-1897) həyat vəyaradıcılığına həsr olunmuş "Xan qızı Xurşidbanu Natəvan" sənədli filminin təqdimatı böyük uğurla keçirilib.
Bu barədəTrend-in müxbiri tədbirdən xəbər verir.
"Kinomuzeydə" layihəsi çərçivəsində təşkil olunan nümayiş tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Zal tam dolub, boş yer qalmayıb. Premyeranı qaçırmaq istəməyən bir çoxtamaşaçı filmi ayaqüstə izləməli olub. İzləyicilərin səmimimarağı, emosional reaksiyaları və filmdən sonra aparılanmüzakirələr tədbirə xüsusi ab-hava qatıb.
Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin vəAzərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarındankeçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış zamanı noyabrın 8-də qeyd olunan Zəfər Gününün altıncıildönümünə həsr edilmiş film təqdimatının əhəmiyyəti xüsusivurğulanıb. 44 günlük Vətən müharibəsində Azərbaycanınqazandığı qələbəyə həsr olunan bu ekran əsəri Qarabağıngörkəmli xan qızının xatirəsinə ehtiram olmaqla yanaşı, azadedilmiş torpaqların tarixi və mədəni irsinin qorunmasınınrəmzinə çevrilib.
Layihənin ideya müəllifi və baş məsləhətçisi tanınmış rəssam-modelyer, dizayner, Azərbaycan Dövlət Mədəniyyət vəİncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimiFəxriyyə Xələfovadır. Ssenari müəllifi alim-folklorşünas, publisist, şairə və dramaturq Fəridə Hicrandır. Filmdə başqəhrəmanı Fəxriyyə Xələfova özü canlandırıb.
Film Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsrolunub. Ekran əsərinin ərsəyə gəlməsi şairənin həyatını, yaradıcılığını və ailə irsini əhatə edən genişmiqyaslıaraşdırmaların nəticəsi olub. Tədqiqatlar zamanı onun həyatınadair əvvəllər az məlum olan yeni faktlar üzə çıxarılıb.
Filmin əsas özəlliklərindən biri də orijinal təhkiyə üslubudur. Ekran əsərində Xurşidbanu Natəvanın nəslinin nümayəndələriiştirak edərək ailə xatirələrini, məlumatları və nəsildən-nəsləötürülən əhvalatları bölüşüblər. Bu yanaşma Xan qızının yalnızgörkəmli şairə və ictimai xadim deyil, həm də Qarabağın mədənivə ictimai həyatında dərin iz qoymuş bir qadın kimi daha dolğunvə canlı obrazını yaratmağa imkan verib.
Layihə 2021-2022-ci illərdə həyata keçirilib. Filmin premyerası2023-cü ildə Mədəniyyət TV-də baş tutub.
Çəkilişlər Ağdamda, Şuşada, Qarabağ xanlığının banisi Pənahəlixanın nəsil-mülk kompleksi olan tarixi "İmarət" ərazisində, eləcə də Şahbulaq qalasında aparılıb. Filmdə xüsusi yerXurşidbanu Natəvanın həyatı ilə ayrılmaz şəkildə bağlı olanŞuşa şəhərinə verilib.
"Əsas məqsədimiz bu görkəmli şəxsiyyətin həyatı və fəaliyyətibarədə dünya ictimaiyyətinə məlumat çatdırmaq, həmçininQarabağın tarixi-mədəni irsini nümayiş etdirməkdir. Layihəüzərində işləyərkən geniş tədqiqat işi aparılıb, filmdə əksinitapan yeni faktlar üzə çıxarılıb", - deyə Fəxriyyə Xələfova bildirib.
Xurşidbanu Natəvan yalnız istedadlı şairə və ictimai xadimdeyil, həm də gözəl rəssam və memar olub. Belə ki, o, Şuşadakıöz evinin layihəsini şəxsən hazırlayıb. Həmin ev vaxtilə şəhərinmədəni həyatının əsas mərkəzlərindən birinə çevrilib. Buradatanınmış şairlərin, muğam və xalq mahnıları ifaçılarının iştirakıilə ədəbi və musiqili məclislər təşkil olunub.
Çəkilişlərin ən təsirli məqamlarından biri Şuşada XurşidbanuNatəvanın erməni işğalı dövründə dağıdılmış, yarıuçuqvəziyyətdə olan evində aparılan iş olub. Ayrı-ayrıkonstruksiyaların uçma təhlükəsinə və çətin şəraitə baxmayaraq, yaradıcı heyət tarixi binanın həqiqi ab-havasını tamaşaçıyaçatdırmaq üçün çəkilişləri məhz burada aparmağa qərar verib.
"Xurşidbanu Natəvanın hətta yarıuçuq vəziyyətdə olan evi beləöz memarlıq incəliyi ilə insanı valeh edir. Mən dünyanın bir çoxölkələrində olmuşam, lakin dağ günəşinin işığı ilə dolankeçidləri və tağları olan belə bir memarlıq abidəsinə heç yerdərast gəlməmişəm. Bütün bunlar Xan qızının öz layihəsi əsasındayaradılıb", - deyə Fəxriyyə Xələfova qeyd edib.
XIX əsrə aid ikimərtəbəli ev Şuşanın ən gözəl tikililərindən birihesab olunurdu. Divar rəsmləri və gəc üzərində oyma naxışlarlabəzədilmiş geniş qəbul zalı iri, rəngbərəng şəbəkə pəncərələrvasitəsilə işıqlandırılırdı. 1930-cu illərin əvvəllərində buradamilli vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə yaradılmışuşaq musiqi məktəbi, sonralar isə Nizami Gəncəvi adınaƏdəbiyyat Muzeyinin Qarabağ filialı fəaliyyət göstərib.
Filmdə Natəvanın maarifçilik və xeyriyyəçilik fəaliyyəti dəgeniş işıqlandırılır. 1873-cü ildə o, öz vəsaiti hesabına İsa bulağından Şuşaya qədər təxminən 10 kilometr uzunluğunda ilk su kəmərini çəkdirib. Bu layihə sayəsində şairə tarixə yalnız xannəslinin nümayəndəsi və ədəbiyyat xadimi kimi deyil, həm dədoğma şəhərinin sakinlərinin rifahını düşünən xeyriyyəçi kimidüşüb.
Ekran əsərinin ayrıca süjet xətti filmin yaradıcılarının ailəkökləri ilə bağlıdır. Məlum olduğu kimi, Xurşidbanu Natəvanınüç övladı olub: Mehdiqulu xan Vəfa, Mir Həsən ağa Mir vəXanbikə xanım. Mehdiqulu xan Vəfanın qızlarından biriXələfbəyovlar nəslinin nümayəndəsi ilə ailə həyatı qurub. Fəxriyyə Xələfova da Qarabağın tanınmış bəy nəsillərindən olanbu soyadın daşıyıcısıdır. Şuşada Xələfbəyovlara məxsus ev bugün də qorunub saxlanılır. Təəssüf ki, həmin bina da işğaldövründə zərər görüb. Rəssamın atası - tanınmış dövlət xadimi, Əməkdar mühəndis Rafiq Xələfov məhz bu evdə anadan olub.
Filmdə köhnə Şuşanın obrazı xüsusi emosional məna daşıyır. Süjetə görə, Xan qızının ruhu sanki azad edilmiş şəhərdəki özevinə qayıdır. Dağıntılara baxmayaraq, bina bir vaxtlar buradatoplaşan yaradıcı ziyalıların, keçirilən ədəbi-bədii məclislərin, ziyafətlərin və poeziya gecələrinin xatirəsini yaşatmaqda davamedir. Yeni istedadların yetişdiyi bu ev vaxtilə Şuşanın mədənihəyatının ürəyi olub.
"Bu obrazı canlandırmaq mənim üçün inanılmaz dərəcədəemosional baxımdan çətin idi. Sanki özüm də keçmişə qayıtmış, Xurşidbanu Natəvanın yaşantılarını öz içimdən keçirmiş, eynizamanda ətrafdakı dağıntıları ürək ağrısı ilə seyr etmişdim. Xan qızının xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır. Xan qızının evi mütləq bərpa olunacaq və burada yenidən həyatqaynayacaq, mühüm tədbirlər, mədəniyyət gecələri keçiriləcək", - deyə Fəxriyyə Xələfova vurğulayıb.
Film yalnız görkəmli bir şəxsiyyətin həyat hekayəsi iləməhdudlaşmır. Bu, həm də tarixi yaddaş, Qarabağın mədəni irsi, milli geyim ənənələri və nəsillər arasında qırılmaz bağlılıqhaqqında bir ekran əsəridir. Filmin yaradıcıları XurşidbanuNatəvanın həyat yolu vasitəsilə Azərbaycan mədəniyyətininzənginliyini nümayiş etdirməyə və tarixi abidələrinqorunmasının vacibliyini xatırlatmağa çalışıblar.
Təqdimat alqışlarla qarşılanıb. Çıxış edən xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar artist Nahidə Orucova, "Azərbaycan QadınSahibkarlarının İctimai Birliyi"nin sədri Zemfira Ağayeva, yaradıcı ziyalıların nümayəndələri Zərifə Quliyeva və FəridəHicran layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tamaşaçıların böyük marağı və filmin emosional qarşılanmasıXan qızının həyat hekayəsinin müasir insanları da dərindəndüşündürdüyünün və duyğulandırdığının bariz göstəricisi olub. Filmin yaradıcıları ekran əsərini beynəlxalq kino festivallarındada təqdim etməyi planlaşdırırlar. Məqsəd Xurşidbanu Natəvanınirsini xarici auditoriyaya tanıtmaqdır.
"Xan qızı Xurşidbanu Natəvan" sadəcə keçmişdən bəhs edənsənədli film deyil, tarixin səsinə yenidən səs vermək, görkəmliqadının xatirəsini canlandırmaq və Qarabağın mədəni irsinidünyaya bir daha tanıtmaq cəhdidir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az