Zəfər Gününə həsr olunmuş “Keçmişdən bu günə: Tarixi geyim və döyüş atributlarının interaktiv təqdimatı” adlı tədbir keçirilib - (Foto)

8 Noyabr 2026 13:38

Azərbaycan Milli İncəsənət Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Keçmişdən bu günə: Tarixi geyim və döyüşatributlarının interaktiv təqdimatı" adlı tədbir keçirilib.

Tədbir çərçivəsində muzeyin kolleksiyasından olan tarixi geyimnümunələri, döyüş atributları, eləcə də Azərbaycan xalqınınqəhrəmanlıq tarixini və Vətənə bağlılıq ruhunu əks etdirən rəsməsərləri və digər sənət nümunələri nümayiş olunub. Təqdimat üçünxüsusi ekspozisiya otağı hazırlanıb və ziyarətçilərə tarixi-mədəniirsimizlə daha yaxından tanış olmaq imkanı yaradılıb.

İnteraktiv proqramın maraqlı məqamlarından biri ziyarətçilərin ilk dəfə olaraq tarixi geyim nümunələrini üzərlərində sınayaraqAzərbaycan qəhrəmanlarının obrazlarını canlandırmaları və xatirəfotoları çəkdirmələri olub.

Tədbir vasitəsilə Azərbaycan xalqının qəhrəmanlıq ənənələri, Vətənə sevgi, milli-mənəvi dəyərlər, eləcə də 44 günlük Vətənmüharibəsində qazanılmış tarixi Zəfərdə xalqımızın birliyi vəhəmrəyliyinin rolu diqqətə çatdırılıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az