Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb.
"Changan" markalı minik avtomobili ilə su daşıyan avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatları araşdırılır.