6 noyabr 2026-cı il tarixində Gilavar restoranında Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş "Zəfərimiz qürurumuzdur" adlı təntənəli tədbir keçirilib.
Tədbirin təşkilatçısı: Dayanıqlı İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Ruhiyyə Civişovadır.
Tədbirdə millət vəkili Ceyhun Məmmədov, ictimaiyyət nümayəndələri, dəyərli ziyalılar, şəhid anaları, qazilər, tanınmış incəsənət xadimləri, təşkilat rəhbərləri, və digər qonaqlar iştirak etmişdilər.
Tədbirdə çıxış edən qonaqlar, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən, Cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və ehtiramdan, həmçinin vətən uğrunda canından keçən qəhrəmanlarımızın misilsiz fədakarlığlarindan bəhs etmişdirlər.
Tədbirin sonunda təşkilatçı tərəfindən iştirakçılara hədiyyələr təqdim edilmişdir.