Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb.
Milli.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib.
Merin sözlərinə görə, elektrik yarımstansiyası bir neçə dəfə hücuma məruz qalıb. Buna görə də elektrik enerjisinin təchizatının bərpası uzun müddət çəkə bilər.
Şəhər rəhbərliyi sakinləri uzunmüddətli elektrik kəsintilərinə hazır olmağa çağırıb. Həmçinin axşam saatlarında işıq maskalanması qaydalarına əməl edilməsi tələb olunub.
Sakinlərə binaların, həyətlərin, reklam lövhələrinin, mağaza vitrinlərinin və fasadların xarici işıqlandırmasını söndürmək tapşırılıb.
İvan Korud qeyd edib ki, elektrik təchizatı bərpa olunsa belə, yeni hücum təhlükəsi hələ də qalmaqdadır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)