Kolumbiyanın paytaxtı Boqotada Azərbaycanın 8 Noyabr - Zəfər Günü silsilə tədbirlərlə qeyd olunur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bayram münasibətilə Azərbaycanın dövlət bayrağını və tarixi Zəfərini əks etdirən xüsusi vizual banner şəhərin əsas avtomobil magistrallarından birinin kənarında yerləşən böyük elektron lövhədə nümayiş etdirilib.
Nəqliyyatın intensiv olduğu ərazidə yerləşən elektron lövhədə gün ərzində yayımlanan banner çoxsaylı şəhər sakinlərinin diqqətini cəlb edib.
Bu təşəbbüs Azərbaycanın Zəfər Gününün Kolumbiyada tanıdılması, ölkəmizin tarixi və milli əhəmiyyət daşıyan gününün beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Belə tədbirlər Azərbaycan ilə Kolumbiya arasında mədəni əlaqələrin və qarşılıqlı tanışlığın inkişafına da töhfə verir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)