Rusiya Prezidenti Vladimir Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaini Moskvaya gətirmək üçün şəxsi təyyarəsini Tehrana göndərib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İranlı jurnalistin gündəliyi" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Rezai Rusiya paytaxtında dövlət başçısı səviyyəsində qarşılanıb.
Həmçinin bildirilir ki, danışıqlar zamanı Putin İrana Rusiya ilə Çin arasındakı əməkdaşlıq səviyyəsində tam və məhdudiyyətsiz dəstək vəd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)