Yaponiyada güclü zəlzələ

8 Noyabr 2026 09:46

Noyabrın 8-nə keçən gecə Yaponiyanın qərbində yerləşən Şizuoka prefekturası yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar nəticəsində dəmir yolu nəqliyyatının, o cümlədən "Şinkansen" sürətli qatarlarının fəaliyyəti dayandırılıb.

Zəlzələdən sonra Yaponiyanın nüvə obyektlərində hər hansı fövqəladə vəziyyət qeydə alınmayıb.

Təbii fəlakət nəticəsində 20-dən çox insan xəsarət alıb. Yaralananların əksəriyyətində yıxılma nəticəsində qançırlar və sıyrıntılar yaranıb. Xəsarət alanların həyatına təhlükə olmadığı bildirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)