“Real” səfərdə darmadağınla qalib gəldi

8 Noyabr 2026 09:09

İspaniya La Liqasının XII turunda "Real Madrid" səfərdə "Valensiya"nı 3:0 hesabı ilə məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  "Mestalya" stadionunda keçirilən qarşılaşmada qonaqlar ilk hissədə iki qol vurublar.

Bu qələbədən sonra xallarının sayını 30-a çatdıran "Real Madrid" turnir cədvəlinin birinci pilləsinə yüksəlib. Doqquz xalı olan "Valensiya" isə 19-cu yerdə qərarlaşıb.

Növbəti turda "Real Madrid" noyabrın 21-də doğma meydanda "Selta"nı qəbul edəcək. "Valensiya" isə həmin gün səfərdə "Rayo Valyekano" ilə qarşılaşacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)