"Yeraltı" serialında Paşa obrazını canlandıran aktyor Hakan Çelebi qatıldığı proqramda baş verən maraqlı hadisə ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, mərhum atasından söz açan sənətçi aparıcının onun vəfatı ilə bağlı "Allah rəhmət etsin" ifadəsini işlətməməsini diqqətdən qaçırmayıb. Aktyor bu məqamda aparıcının davranışına münasibət bildirərək aralarında maraqlı dialoqun yaranmasına səbəb olub.
Həmin anların görüntüləri sosial şəbəkələrdə də maraq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)