“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva

7 Noyabr 2026 23:47

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib.

Milli.Az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib.

Pərvin ailə qurmaq və ana olmaq arzusunda olduğunu vurğulayıb:

"Sonuncu münasibətim 3 il çəkdi. 3 il ərzində mənə ancaq yalan sözlər verib. Yalandan deyib belə olacaq, onu edəcəyəm. Başlanğıcda münasibəti yalan qurdu: istəyirəm ailə quraq, ana olasan. Güclü ola bilərəm, amma ürəyim var. Ailə qurmaq, uşaq dünyaya gətirmək, ana olmaq istəyirəm. Aldanıram, bütün qadınlar kimi. Gözləyirəm, deyirəm, səbir et. Gəlib çıxır 3 ilə". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)