“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva

7 Noyabr 2026 19:37

Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:

"Qızım burada təhsilini aldı, sonra magistraturanı getdi xaricdə oxudu. Ərə getdiyi oğlan tələbə yoldaşıdır. Ağlıma gəlməzdi, eşidəndə şoka düşdüm".

Qeyd edək ki, B.Sevdiyevanın bir qız, bir oğul övladı var.  (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)