Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb

7 Noyabr 2026 15:51

Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, bu gün saat 11.00 radələrində Şəki şəhəri ərazisində Arif Səlimov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.