Qazaxda iki nəfərin mübahisəsi qanla bitib.
Milli.Az Apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakinləri 2005-ci il təvəllüdlü İ.Əlizadə və 2007-ci il təvəllüdlü F.Musayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hər iki şəxs aralarında baş verən mübahisə zamanı bir-birinə bıçaqla xəsarət yetiriblər.
Hazırda faktla bağlı araşdırma aparılır.