Paraqvayın keçmiş prezidenti, impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılan Santyaqo Penya ev dustaqlığındadır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, sabiq dövlət başçısının dindirilməyə noyabrın 7-də Bakı vaxtı ilə saat 18:00-da gətirilməsi planlaşdırılır.
Daha əvvəl Paraqvay Senatı "Ueno Bank" bankı ətrafındakı qalmaqal fonunda Penyanın vəzifəsindən uzaqlaşdırılmasına səs verib. Bundan sonra vitse-prezident Pedro Alyana yeni dövlət başçısı kimi and içib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)