Əməkdar artist Gülüstan Əliyeva televiziya efirində etdiyi etirafla diqqət çəkib.
Milli.Az xəbər verir ki, xanəndə "Sevilən səhər" verilişinin qonağı olarkən həyatında dərin iz buraxan hadisədən danışıb. O, vaxtilə yüksək vəzifəli məmurlardan birinin sənətinə və əməyinə göstərdiyi laqeyd münasibətin onu ciddi şəkildə sarsıtdığını bildirib.
Gülüstan Əliyeva həmin hadisəni xatırlayarkən duyğulanıb. Sənətçi bu mövzuda ilk dəfə danışdığını da vurğulayıb.
Onun efirdəki kövrək anları diqqət çəkib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)