Səhər yeməklərinin əvəzolunmazı olan zeytunla bağlı ekspertlər yeni açıqlama verib. Araşdırmalar göstərir ki, zeytunun sağlamlığa faydası rəngindən deyil, yetişmə mərhələsindən və gördüyü emal üsulundan asılıdır.
Milli.Az xəbər verir ki, ən yüksək antioksidan və polifenol (oleuropein) səviyyəsinə malik olan zeytun nə tam yaşıl, nə də tam qara olan deyil, yaşıldan qaraya keçid dövrü olan "alaca" (və ya bənövşəyimtil) mərhələsində yığılanlardır. Bu mərhələdə hüceyrələri qoruyan birləşmələr ən yüksək həddə olur.
Tam yaşıl yığılanlar acılığını almaq üçün kimyəvi proseslərdən keçə bilir, tam qaralmış zeytunlarda isə bəzi faydalı komponentlər azalır. Süni şəkildə qaraldılmış hamar zeytunlardan çəkinmək tövsiyə olunur.
Heç bir kimyəvi və duz prosesi görmədən ağacda birbaşa yeyiləcək vəziyyətə gələn "xurma zeytun" və yalnız qaya duzu ilə təbii fermentasiya edilən alaca zeytunlar ən saf və faydalı seçimlərdir.
Mütəxəssislər gündə bir ovuc təbii, qatqısız alaca zeytun yeməyin ürək-damar xəstəliklərindən qoruduğunu və həzm sistemini tənzimlədiyini bildirirlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)