Bu gün Misli Premyer Liqasında XI tura start verilib.
Milli.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Günün son matçı Bakıda baş tutub. Lider "Neftçi" doğma meydanda "Kəpəz"lə üz-üzə gəlib.
Matçın taleyini bir qol həll edib. Alan Şkribekin qolu ilə "ağ-qaralar" qələbə qazanıb - 1:0.
Misli Premyer Liqası
XI tur
20:00. "Neftçi" - "Kəpəz" 1:0
"Palms Sports Arena"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)