"Qarabağ"dan Yankoviç və Silva açıqlaması

6 Noyabr 2026 18:23

"Qarabağ" klubu Marko Yankoviç və Mateus Silva ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, hər iki futbolçunun əsas komandadan uzaqlaşdırılması barədə məlumatlar həqiqəti əks etdirmir.

Bununla belə, klub futbolçular barəsində daxili intizam qaydalarına uyğun cəza tədbirlərinin görüldüyünü təsdiqləyib.

Açıqlamada klubdaxili intizam məsələlərinin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat verilməsinin məqsədəuyğun hesab edilmədiyi vurğulanıb.

Qeyd edək ki, hər iki futbolçu bu gün saat 18:00-da başlayan "Qarabağ" - "Turan Tovuz" oyununda ehtiyat oyunçular skamyasında yer alıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)