Azərbaycan daha bir Konvensiyaya qoşulur

6 Noyabr 2026 17:37

Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq.

Milli.Az APA-ya istiandla xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya qoşulmaq barədə" qanun layihəsində əksini tapıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)