Azərbaycan Mİlli İncəsənət Muzeyində 8 Noyabr - ZəfərGününə həsr olunmuş "Zəfərimizin sədası" adlı sosial-mədəni tədbir keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Mədəniyyət NazirliyininAzərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sosial Xidmət Mərkəzlərində xidmət alanuşaqlardan ibarət "Parla" inklüziv mədəni kollektivi iştirakedib.
Tədbir çərçivəsində uşaqlar Vətənə, Zəfər Gününə və milli-mənəvi dəyərlərimizə həsr olunmuş musiqi və rəqsnömrələri, eləcə də şeir nümunələri ilə çıxış ediblər. Proqramda səslənən ifalar və təqdim olunan bədiinümunələr Zəfərimizin sevincini, Vətənə bağlılıq və qürurhisslərini əks etdirib.
Tədbir çərçivəsində uşaqlar AMİM-nin "1920-1980-ci illərAzərbaycan rəngkarlığı və qrafikası" və "Azərbaycanİncəsənət xəzinəsi" adlı daimi ekspozisiyaları ilə də tanışolublar. Ekskursiya zamanı uşaqlara ekspozisiyalardanümayiş olunan əsərlər, onların müəllifləri və Azərbaycantəsviri sənətinin inkişaf mərhələləri haqqında məlumatverilib.
Tədbirin məqsədi uşaqların yaradıcılıq bacarıqlarını inkişafetdirmək, sosial fəallığını artırmaq və cəmiyyətəinteqrasiyasına dəstək göstərmək olub.
Belə təşəbbüslər uşaqların yaradıcılıq potensialının üzəçıxarılması, onların mədəni həyatda fəal iştirakının təşviqi vəinklüziv mühitin inkişafı baxımından mühüm əhəmiyyətdaşıyır.
Tədbir uşaqların yaradıcılıq potensialının üzə çıxarılması, onların mədəni həyatda fəal iştirakının təşviqi və cəmiyyətəinteqrasiyasına dəstək göstərilməsi baxımından əhəmiyyətdaşıyıb. Eyni zamanda, proqram vasitəsilə 8 Noyabr - ZəfərGününün tarixi əhəmiyyəti, Vətənə bağlılıq, milli birlik vəhəmrəylik kimi dəyərlər uşaqların ifasında təqdim olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az