Bakıda beşinci Azerbaijan Dance Festival keçirilib. Dörd gündavam edən festival 20-dən çox ölkədən mindən artıq iştirakçınıbir araya gətirib.
Beynəlxalq festivalın rəqs meydançasında çıxış edənlər arasındaAzərbaycan Respublikasının Xalq artisti, tanınmış rəqqasə, pedaqoq və xoreoqraf Təranə Muradovanın nəvəsi, 10 yaşlıZəhra Cəlilova xüsusi diqqət çəkib. Bu barədə Trend məlumatverir.
Gənc yaşına baxmayaraq, Zəhra artıq incəsənətin müxtəlifsahələrinə böyük maraq göstərir. O, gözəl rəsm çəkir, musiqi iləməşğul olur, bu il isə ən böyük uşaqlıq arzularından birinihəyata keçirərək Bakı Xoreoqrafiya Akademiyasına qəbulolunub. İndi onun yaradıcılıq həyatına daha bir maraq sahəsi - idman rəqsləri əlavə olunub.
Təranə Muradovanın Trend-ə verdiyi məlumata görə, bu dördgün Zəhra üçün sadəcə beynəlxalq festivalda iştirak deyil, həmdə yeni rəqs istiqamətində ilk səhnə təcrübəsini qazanmaqimkanı olub. Ola bilsin ki, məhz bu çıxış onun rəqsdünyasındakı müstəqil yaradıcılıq yolunun başlanğıcı olsun. Maraqlıdır ki, Zəhra festivalda iştirak edənədək idman rəqsləriilə cəmi bir ay məşğul olsa da, artıq ilk nəticələrini nümayişetdirə bilib.
"Onun incəsənətə böyük həvəsi var, lakin öz yaradıcılıq yolunuseçməkdə ona sərbəstlik vermişəm. Mən həmişə düşünürəm ki, uşaq incəsənətin hansı sahəsi ilə məşğul olacağını və gələcəkpeşəsini özü seçməlidir. Zəhra bizi, demək olar ki, özüakademiyaya daxil olmağa razı saldı. Onun Yeni il ərəfəsindəarzuladığı ən böyük istəyi Bakı Xoreoqrafiya Akademiyasınaqəbul olunmaq idi. O, çox məqsədyönlüdür və hər şeyə müstəqilşəkildə nail olmağı sevir", - deyə Xalq artisti bildirib.
Zəhranın hekayəsi xüsusilə maraqlıdır, çünki incəsənət onunailəsində xüsusi yer tutur. Nənəsi həyatını rəqsə, səhnəyə vəyeni nəsil sənətkarların yetişdirilməsinə həsr edib. Bununla belə, Təranə Muradovanın vurğuladığı kimi, əsas məsələ ailəənənəsinin davam etdirilməsi deyil, uşağın yaradıcılığa səmimimarağı, inkişaf etmək, yeni üfüqlər açmaq və qarşıya qoyduğuməqsədlərə müstəqil şəkildə nail olmaq istəyidir.
Festivalın təşkilatçıları təsisçisi və prezidenti OlqaKrasnyanskayanın rəhbərlik etdiyi Smooth & Rhythm Dance Style (SRDS) və Azərbaycan Respublikasının Xalq artistiTəranə Muradovanın rəhbərlik etdiyi Azerbaijan Dance Council (AzDC) olub. Layihənin həmtəsisçiləri rəqs üzrə altıqat dünyaçempionları Eldar Cəfərov və Anna Sajina olublar.
Festival "Dəyişikliklər küləyi, ideyaların işığı, arzuların alovu... Hər bir rəqqasın görüş yeri!" devizi altında keçirilib. Proqramanüfuzlu beynəlxalq yarışlar, təhsil proqramları, ustad dərsləri, peşəkar görüşlər, həmçinin Night of the Dancing Diamonds ("Rəqs edən brilyantların gecəsi") adlı möhtəşəm qala-şou daxilolub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az