Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

6 Noyabr 2026 16:48

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib.

Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,9 bənd təşkil edib. Bu, sentyabr ayının yenilənmiş göstəricisi ilə müqayisədə 1,6 bənd və ya 1,2 faiz azdır.

Qiymətlərin aşağı düşməsinə əsas səbəb tələbin zəifləməsi olub. Belə ki, oktyabr ayında taxıl məhsulları 4,5 faiz, ət 1,2 faiz, süd məhsulları isə 1,1 faiz ucuzlaşıb.

Bununla belə, indeks ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz yüksək olaraq qalır. Hazırkı göstərici 2022-ci ilin mart ayında qeydə alınmış tarixi pik səviyyədən isə 16,4 faiz aşağıdır.

Qeyd edək ki, FAO sentyabr ayında bəzi regionlarda logistika problemləri və quraqlıq səbəbindən ərzaq qiymətlərinin 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatdığını açıqlamışdı.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)