Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və M.Maqomayevadına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edildi.
Konsert 8 Noyabr - Zəfər günü, Azərbaycan Dövlət Akademik Filarmoniyasının 90 illik və Azərbaycan Dövlət Xor Kapellasının 60 illik yubileyləri çərçivəsində keçirilirdi.
Konsert proqramında Zəfər ruhunu, xalqımızın vətənpərvərlik duyğularını, qəhrəmanlıq salnaməsini özündə əks etdirən musiqi əsərləri yer aldı.
Tədbirin açılışında Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva çıxış edərək konsertin əhəmiyyətindən, milli musiqi irsimizin təbliğindən və Zəfər Gününün xalqımızın həyatında tutduğu xüsusi yerdən bəhs etdi.
Konsert proqramında Azərbaycan Dövlət Xor Kapellası (baş xormeyster, Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Nəfəs və Zərb Alətləri Orkestri (bədii rəhbər: Əməkdar incəsənət xadimi, dosent Rüfət Axundzadə; dirijor: Taleh Qəmbərov) çıxış edərək Azərbaycan bəstəkarlarının əsərlərini dinləyicilərə təqdim etdilər.
Səsləndirilən musiqi nümunələri xalqımızın qəhrəmanlıq tarixini, Vətənə bağlılığını, milli qürurunu və Zəfər sevincini dolğun şəkildə ifadə edərək konsert proqramına xüsusi emosional və mənəvi məna qazandırdı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az