“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı

6 Noyabr 2026 16:32
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik seriyalı avtomobili kimi düşən "Peel P50" noyabrın 14-də hərraca çıxarılacaq. Avtomobilin 40-60 min funt sterlinqə satılacağı gözlənilir.
 
Milli.Az bakupost-a istinadən xəbər verir ki, 1964-cü ildə Man adasında istehsal edilən üçtəkərli avtomobilin uzunluğu 137, eni isə 106 santimetrdir. Cəmi bir nəfər üçün nəzərdə tutulan model saatda 64 kilometr sürət yığa bilir.
 
1962-1965-ci illərdə bu avtomobildən cəmi 50 ədəd istehsal olunub. Hazırda 30-dan az nümunəsinin qaldığı bildirilir.
 
Hərraca çıxarılan avtomobil 1964-cü ildə Finlandiyaya gətirilib və bu ilin əvvəlinədək orada saxlanılıb. Avtomobilin orijinal vəziyyətdə olduğu bildirilir.


Müəllif: Malik Məlikov (Milli.Az redaktor)