Naxçıvan üzrə noyabrın pensiyaları ödənilib

6 Noyabr 2026 15:02

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının pensiya ödənişi başa çatdırılıb.

Bu barədə Milli.Az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)